“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın “Partizani” klubu heyətinə iki legioner futbolçu cəlb edib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Teofilus Solomonla 2+1 il şərti ilə anlaşıb. 23 yaşlı nigeriyalı hücumçu Macarıstan “Uypeşt”indən alınıb. Digər oyunçu isə Aristoteles Romerodur. 24 yaşlı venesuelalı yarımmüdafiəçi İtaliyanın “Krotone” klubundan 1 illik icarəyə götürülüb.
Tirana təmsilçisi müdafiəçi Lyabinot İbrahimi ilə sözləşmənin müddətini 1 illik uzadılıb. Digər arxa xətt oyunçusu Lum Recepi isə yola salınıb.
Qeyd edək ki, “Qarabağ” “Partizani” ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.