Çempionlar Liqasının final matçında yarıçılpaq halda futbol meydançasına çıxan Kinsi Volanskinin "Instagram" hesabı bloklanıb.
Offsideplus.az xəbər verir ki, onun İnstaqram səhifəsinin izləyicilərinin sayı 2 milyona çatmışdı.

Qeyd edək ki, K.Volanski rusiyalı bloqer, “YouTube”da 2,2 milyon izləyicisi olan “Vitaly Uncensored” səhifəsinin təsisçisi Vitali Zdorovetskinin sevgilisidir. Model meydana üzərində məhz “Vitaly Uncensored” yazılmış köynəkdə çıxmışdı.

Finalda “Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olub.