Hollandiyanın "Ayaks" klubu futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi nailiyyətə imza atıb.
Amsterdam təmsilçisi üç təsnifat mərhələsini keçdikdən sonra yarımfinala yüksələn ilk komanda olub. Bununla da Erik ten Haaqın baş məşqçi olduğu komanda ÇL-in tarixinə düşüb.
Ardıcıl olaraq, Avstriyanın "Şturm" (2:0, 3:1), Belçikanın "Standard" (2:2, 3:0) və Ukraynanın "Dinamo" (Kiyev) komandasını (3:1, 0:0) keçməyi bacaran Hollandiya klubu qrup mərhələsində Yunanıstan AEK-i (3:0, 2:0), Almaniya "Bavariya"sı (1:1, 3:3) və Portuqaliya "Benfika"sı (1:0, 1:1) ilə qarşılaşmaların yekununda 12 xal toplayıb. "Ayaks" 1/ 8 finalda İspaniya "Real Madrid"ini (1:2, 4:1), 1/4 finalda isə İtaliya "Yuventus"unu (1:1, 2:1) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "Ayaks" yarımfinalda İngiltərənin "Mançester Siti" və "Tottenhem" komandaları arasındakı oyunların ən yaxşısı ilə qarşılaşacaq.