"Tottenhem"in hücumçusu Harri Keyn Çempionlar Liqasının tarixinə keçib.
Offsideplus.az xəbər verir ki, ingilis hücumçu ÇL-də oynadığı ilk 9 matçında 9 qol vuran birinci oyunçu olub. H.Keyn son olaraq 1/8 finalda "Yuventus"la ilk görüşdə (2:2) fərqlənib.
Qeyd edək ki, L.Messi ÇL-də birinci 9 matçında 2 qol vurub, K.Ronaldo isə fərqlənə bilməyib.