"Biz bu axşamı xüsusi etmək istəyirdik və buna müvəffəq olduq.  Bunu təkcə  mənim qollarım yox,  bütün komanda sayəsində bacardıq. Bizə məhz belə əhval-ruhiyyə ilə Çempionlar Liqasında oynamaq lazımdır. Özümüzlə fəxr etməliyik".

Offsideplus.az-ın məlumatına görə, bu sözləri "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 3:0 hesabı ilə qalib gəldikləri cavab matçını şərh edərkən deyib.

Sözügedən oyunda het-trikə imza atan portuqaliyalı hücumçu bildirib: "Mən sadəcə öz işimi gördüm.Sehrli axşam oldu. Buna görə çox şadam. "Atletiko"ya qarşı oynamaq həmişə çətindir. Amma biz öz oyunumuzla güclü komanda olduğumuzu sübut etdik".

Ronaldo Turin klubuna məhz belə oyunlarda kömək etmək üçün dəvət olunduğunu vurğulayıb. O, hazırda final haqda danışmağın tez olduğunu da söyləyib: "Addımbaaddım hərəkət etməliyik".