Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko”ya 0:2 hesabı ilə məğlub olan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, açıqlama verib.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, mərhələni keçəcəklərindən əmin olduğunu deyib:
“İkinci matçda daha yaxşı oynaya bilərik. Buna gücümüz var. Daha sürətli, daha aqressiv və daha düzgün oyun göstərməliyik. Bunu edə bilərik. Mərhələni keçəcəyimizdən əminəm”.
Komandalar arasında cavab oyunu martın 12-də, Turində keçiriləcək.