"Real”ın Çempionlar Liqasının qrup mərhələsinin son turunda ÇSKA-ya 0:3 hesabı ilə məğlub olması, "kral klubu”nun azarkeşlərini hiddətləndirib. 

 Offsideplus.az xəbər verir ki, oyun ərzində fanatlar futbolçulara kəskin etiraz edib, onları fitə basıblar. Azarkeşlərin bu etirazına isə bəzi futbolçular səbirli münasibət göstərə bilməyiblər. "Real”ın yarımmüdafiəçisi İsko qarşılaşmanın 55-ci dəqiqəsində üzünün fanatlara tərəf çevirərək belə deyib: "Nə istəyirsiniz, it uşaqları?”
 
Maraqlıdır ki, İsko, Marselo əvəzlənərkən, kapitan sarğısını taxmaqdan da imtina edib.  Marselo onun niyə belə etdi bilmədiyini desə də, İskonun məşqçi olan problemlərə görə komandadan ayrılacağı barədə söhbətlər gəzir.