“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin son oyununda “Tottenhem”lə 1:1 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi bu nəticəylə ÇL-də öz meydanında 29 oyundur ki, məğlub olmur. “Barselona” bununla da, məğlubedilməzlik seriyasında “Bavariya”nın rekorduna ortaq olub.

Bundan əvvəl ÇL-də öz meydanında ən çox uduzmayan komanda “Bavariya” idi. “Barselona” son dəfə öz meydanında 2012/2013 mövsümündə məhz “Bavariya”ya məğlub olmuşdu.