"Real Madrid" klubunun futbolçusu İskonun Çempionlar Liqasının V turunda səfərdə İtaliya "Roma"sı ilə matçda iştirak etməməsinin səbəbi bəlli olub.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, bu, 26 yaşlı yarımmüdafiəçi ilə komandanın baş məşqçisi Santyaqo Solari arasında baş verən münaqişə səbəbindəndir. 42 yaşlı mütəxəssisə qarşı hörmətsizlik etdiyi üçün İskonun adı görüşün "18-liy"inə salınmayıb. Münaqişənin digər detalları isə məlum deyil.    

Argentinalı baş məşqçi baş verən hadisələrə baxmayaraq, müzakirələrdən qaçmaq üçün İskonu İtaliyaya aparıb. 

Qeyd edək ki, görüş "Real Madrid"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.