Dövrələrarası fasilədə "Milan"a transfer edilən Zlatan İbrahimoviç klubundan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı isveçli hücumçunun yeni klubunun adına da aydınlıq gəlib. Belə ki, forvard İsveçin "Hammarbi" klubunda çıxış edəcək.
İbra karantin rejimi müddətində sözügedən klubun kollektivi ilə məşqlərdə də iştirak edib. "La Gazetta Dello Sport" nəşrinin yazdığına görə, futbolçu bu keçid baş tutana qədər "Milan"a kömək edəcək.
Qeyd edək ki, "Milan" hazırda 36 xalla A Seriyanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.