İtaliyanın "Milan" klubunda futbolçular koronavirus testindən keçib.
Offsideplus.az xəbər verir ki, bütün oyunçuların nəticələri mənfi çıxıb və onlarda koronavirus aşkarlanmayıb.
Futbolçular sabah ikinci testdən keçəcəklər. Nəticələr mənfi çıxacağı təqdirdə, klub mayın 22-i öz bazasında qrup məşqlərini bərpa edəcək.