Azərbaycan Premyer Liqasında çıxış edən daha bir klub koronavirus testindən keçib.
Offsideplus.az xəbər verir ki, "Sabah"ın bütün futbolçu və məşqçi heyəti, həmçinin əməkdaşları müayinə olunub.
Test proseduru AFFA-nın təlimatına və tövsiyəsinə əsasən gerçəkləşib. “Sabah”ın heç bir üzvündə pozitiv çıxmayıb.
Qeyd edək ki, dünən daha üç komanda – “Neftçi”, “Qarabağ” və “Zirə”, həmçinin hakimlər test verib.