Tallində keçirilən Avropa Çempionatında daha iki gənc cüdoçumuz finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, bu idmançılar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürov (81 kq) olub.

Xatırladaq ki, yarışın ilk günündə millimiz artıq 2 qızıl və 1 gümüş medal qazanıb.