İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri medal uğrunda daha 3 çəkidə xalçaya çıxacaqlar.
İki güləşçimiz təsnifat, biri isə 1/8 finalda mübarizəyə qoşulacaq.
U-20 dünya çempionatı
Yunan-Roma güləşi
72 kq
Təsnifat mərhələsi
Ruslan Nurullayev ilk görüşdə moldovalı Vasile Zabikanı sınağa çəkəcək.
97 kq
Təsnifat mərhələsi
Mikayıl İsmayılov ilk olaraq meksikalı Dorian Emmanuel ilə üz-üzə gələcək.
82 kq
1/8 final
İsmayıl Rzayevin ilk rəqibi Erlan Mars Uulu (Monqolustan) – Mohammad Yadollah (İran) cütünün qalibi olacaq.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.