Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycan cüdoçuları uğur qazanıblar.
Offsideplus.az xəbər verir ki, Cəsur İbadlı (-73 kq) çempion olaraq qızıl medal, Mehdi Abbasov (-81 kq) isə bürünc medal əldə edib.
Dünən baş tutan yarışda, Azərbaycanı təmsil edən üç cüdoçu iki fərqli çəki dərəcəsində mübarizə aparıb. Turnirin üçüncü günündə tatamiyə çıxan Cəsur İbadlı (-73 kq), Mehdi Abbasov (-81 kq) və Əli Qazıməmmədov öz bacarıqlarını nümayiş etdiriblər.