Avqustun 13-də Özbəkistanda taekvondo üzrə “Səmərqənd Open” yarışına start verilib.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günü “Alpman” Taekvondo Klubunun 4 idmançısı dayanqa çıxıb və hər biri medal qazanıb.

Uşaqların mübarizəsində Murad Həsənzadə (26kq) ilə Sübhan Rzayev (38 kq) bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutublar.

Pumsedə isə Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) gümüş medala yiyələniblər.