"Hazırlıqların son mərhələsindəyik". 

Offsideplus.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Aleksandr Tarakanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis hazırlıq üçün digər ölkələrdən güləşçiləri dəvət etdiklərini qeyd edib:

"Sparrinq məqsədilə İran, Moldova və Rusiyadan güləşçilər dəvət etmişik. Məşqlər plan üzrə gedir. Güləşçilər özlərini pis hiss etmir, məşq edir, hazırlaşırlar. Hər kəs yaxşı nəticəyə köklənib".

Olimpiya Oyunlarında güləş yarışları avqustun 5-də start veriləcək.