UFC-302-nin əsas döyüşü Dastin Porye və İslam Maxaçev arasında gərginliyə səbəb olan həmin söhbət bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Porye "Üzbəüz"də rusiyalı döyüşçünün anasına söyüş ünvanlayıb. Nəticədə tərəflər arasında vəziyyət gərginləşib. 

Dastin Porye: "Şənbə gecəsi səni nokaut edəcəm. Yat. Səni nokautla yatızdıracam. Ayaqlarıma düşüb, yalvaracaqsan. Yuxuya gedəcəksən, ... ("motherfucker")". 

İslam Maxaçev: "O sözü demə. Demə, yoxsa vuracam səni".

Qeyd edək ki, döyüşlər 2 iyun saat 06:00-dan etibarən Fightingaz kanalında canlı yayımlanacaq.