Cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirində 3-cü yeri tutub.

Offsideplus.az xəbər verir ki, idmançımız bürünc medal uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib. Kəramət Hüseynov (66 kq) isə eyni mərhələdə ispaniyalı Albert Martinə uduzaraq 5-ci olub.

Qeyd edək ki, daha əvvəl digər 6 cüdoçumuz medal şanslarını itirib.