Bakıda keçirilən dünya çempionatında daha bir taekvondoçumuz 1/8 finala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, Taleh Süleymanov (87 kq) 1/16 finalda Manuel Polleti (Belçika) 2:0 hesabı ilə məğlub edib. O, 1/8 finalda amerikalı Maykl Rodrigeslə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ondan əvvəl Patimat Abakarova (49 kq) və Əliəskər Əliyev (80 kq) də 1/8 finala yüksəlib