Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın daha iki taekvondoçusu yarışda mübarizəni dayandırıb.

58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub. 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.

Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) də yarışı medalsız başa vurmuşdu.