6 may 2023-cü ildə Göygöl şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku yarışının iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Offsideplus.az xəbər verir ki, Göygöl rayon icra başçısının müavini Arzu Qocayev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, Olimpiya mükafatçısı Rüstəm Orucov, Türkiyə və Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət milli yığma komandalarının üzvləri Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan milli yığması 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanaraq yarışa uğurla start verib.

bandicam 2023 05 06 19 05 48 030