Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Əliabbas Rzazadə sosial şəbəkə hesabında paylaşım edib. 

 Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü bu sözləri yazıb:

"Bayrağımız qürurla dalğalanır və dünyanın hər bir tərəfində dalğalanacaq. Bayrağımızın yandırılması alçaqlıqdan başqa bir şey deyil. Unutmayın, hər dəfə səmaya baxanda bizim hilalımızı görəcəksiniz. Tanrı Azərbaycanı qorusun".