MMA döyüşçüsü Nəriman Abbasov Qazaxıstanın Almatı şəhərində təşkil olunan “Naiza Fighting Championship 50” turnirində gücünü sınayıb.

 Offsideplus.az xəbər verir ki, Azərbaycanın və “Qəbələ” idman klubunun idmançısı Qırğızıstan təmsilçisi Kanibek Janıbek Uulu ilə qarşılaşıb. N. Abbasov rəqibi üzərində qələbə qazanıb.

Bu, idmançının peşəkar karyerasında 29-cu qələbədir. O buna 33 döyüşdə nail olub.