Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan millisi yarışda 6 cüdoçu ilə təmsil olunacaq.

Yarış Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.

-60 kq.
Rövşən Əliyev - Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov - Moritz Plafki (Almaniya)

-66 kq.
Kamran Süleymanov - Vilcar Lipard (Estoniya)
Ruslan Paşayev - Lennart Slamberqer (Almaniya)

-73 kq.
Nəriman Mirzəyev - Bahruzi Xocazoda (Tacikistan)
Rəşid Məmmədəliyev - Şaxram Ahadov (Özbəkistan)