Portuqaliyanın Almada şəhərində keçirilən qran-qri turnirinin ikinci günündə -81 kq. çəki dərəcəsində çıxış etməli olan cüdoçu Rüstəm Orucov turnirdə iştirak edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, o, xəstələndiyinə və yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olduğuna görə, milli yığmanın həkiminin qərarına əsasən yarışa qatılmayacaq.

Rüstəm Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.