Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medala sahib çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız finalda Türkiyə kollektivi ilə qarşılaşıb və rəqib üzərində 4:2 hesablı qələbə qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycan paracüdoçuları dünya çempionu olublar.