Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulur.

Offsideplus.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 12 idmançısı mübarizə aparıb.

90 kq

Məmmədəli Mehdiyev 1/16 finalda Vaxid Borçaşvili (Avsrtiya), 1/8 finalda isə Cahongir Mamatrahimovu məğlub etsə də, 1/4 finalda Nemanya Majdova (Serbiya) uduzub. O, təsəlliverici görüşdə komanda yoldaşı Murad Fətiyevə qalib gəlsə də, bürünc uğrunda döyüşdə Luka Maisuradzeyə (Gürcüstan) uduzaraq, beşinci yeri tutub.

Murad Fətiyev 1/16 finalda Komronşox Ustopriyonu (Tacikistan) və 1/8 finalda Qay Qureviçi (İsrail) məğlub etsə də, 1/4 finalda Kristian Parlatiyə (İtaliya) uduzub. O, təsəlliverici görüşdə komanda yoldaşı Məmmədəli Mehdiyevə uduzub.

Nihad Şıxəlizadə 1/16 finalda Luka Maysuradzeyə (Gürcüstan), İbrahim Ağakişiyev Markus Nimana (İsveç) uduzub.

100 kq

Zelim Kotsoyev ardıcıl olaraq Tomas Briseno (Çili), Mert Sismanları (Türkiyə), Anton Savitski (Ukrayna) və Zombor Veqanı (Macarıstan) məğlub edərək finala yüksəlib. Həlledici döyüşdə o, Aleksandr Kukolji (Serbiya) məğlub edərək qızıl medal qazanıb.

Elmar Qasımov 1/16 finalda Qriqori Minaskinə (Estoniya), Hüseyn Dadaşov isə Jombor Veqə (Macarıstan) uduzub.

Aslan Mirzəyev Nikolas Şerazadişvili (İspaniya) və Qonçiqsuren Batxuaqanı (Monqolustan) məğlub etsə də, 1/4 finalda Aleksandr Kukoliyə (Serbiya) uduzub.

+100 kq

İbrahimxəlil Ömərov 1/16 finalda Serafim Kompaniezə (İsrail), Kənan Nəsibov Lorenso Aqro-Silvayna (İtaliya), Toğrul Salmanov isə Azamat Çotçayevə (Bəhreyn) uduzub.

Camal Qamzatxanov 1/16 finalda Fransisko Solisi (Çili), 1/8-də Tokio Olimpiadasının gümüş mükafatçısı Quram Tuşişvilini (Gürcüstan) və 1/4-də Jambil Turqunəliyevi (Qazaxıstan) keçərək yarımfinala yüksəlib. Bu mərhələdə o, Əlişir Yusupova (Özbəkistan), bürünc uğrunda mübarizədə isə Riçard Piraçaya (Macarıstan) məğlub olub.

Bundan əvvəl Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıblar. Beləliklə, Azərbaycan millisi Bakıda keçirilən Böyük Dəbilqə turnirini 6 medalla başa vurub.