Cüdoçumuz Səid Mollayi də Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 81 kq-da çıxış edən idmançı finalda belçikalı Mattias Kasse ilə qarşılaşıb.

Rəqibinə vazari ilə qalib gələn Mollayi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycanın kişi cüdoçularının turnirdə əldə etdiyi 3-cü qızıl medal olub. Daha əvvəl Balabəy ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) bu uğuru təkrarlayıb.