19-20 noyabrda Macarıstanın Györ şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışı təşkil olunacaq.

Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycanın 12 (9 oğlan, 3 qız) cüdoçusunun iştirakı planlaşdırılır.

Oğlanlar: Mirxaliq İskəndərov, Fərid Qarayev, Məhəmməd Məmişov (hamısı 55 kq), Xanəhməd Şərifov, Nicat Süleymanlı (hər ikisi 60 kq), Mehdi Cəfərov (66 kq), Abil Yusubov (73 kq), Tuncay Şamil (81 kq), Ramazan Əhmədov (+90 kq).

Qızlar: Fəridə Mirzəyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Qasımova (57 kq).

Qeyd edək ki, turnirdə iştirak üçün bu günədək 15 ölkədən 132 cüdoçu qeydiyyatdan keçib.