Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı baş tutub.

Offsideplus.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 40-a qədər ölkədən 800 idmançının qatıldığı G2 kateqoriyalı yarış Azərbaycan millisi 7 medal qazanıb.

Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Minayə Əkbərova (46 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanov qızıl medala sahib olub.

Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) 3-cü yeri tutublar.

Beləliklə, yığma açıq Niderland çempionatını 3 qızıl və 4 bürünc medalla başa vurub.

Qeyd edək ki, komandamız oktyabrın 16-da Vətənə qayıdacaq.