73 kq-da yer alan Rüstəm Orucov və Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, Orucov ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq, mundialla vidalaşıb.

Hidayət Heydərov isə təsəlliverici görüşdə kanadalı Artur Margelidonla qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn Heydərov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Onun rəqibi israilli Tohar Butbul olacaq.