Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın sonuncu günündə İslam Bazarqanov (61 kq) təsəlliverici görüşdə Beşir Alili (Şimali Makedoniya) ilə, Maqomedxan Maqomedov (97 kq) Zbiqniev Baranovski (Polşa) ilə qarşılaşacaq. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, 65 kq-da çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev isə bürünc medal uğrunda yarışacaq. Onunla üz-üzə gələcək rəqibin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Medal qarşılaşmaları isə Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.