Ötən gün usta cüdoçular arasında dünya çempionatında M4 və M5 yaş kateqoriyaları üzrə medalçılar məlum olub.

Offsideplus.az xəbər verir ki, Polşanın Krakov şəhərində keçirilən çempionatın üçüncü günündə usta cüdoçularımız 2 qızıl və 1 bürünc medal qazanıb.

M4 kateqoriyasında Babək Hacıyev (60 kq) qızıl, Emil Hüseynov (100 kq) bürünc medal qazanıb. M5 kateqoriyasında isə Mübarizə Cəfərov (90 kq) çempion olub.