Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev sabah  Zabit Səmədovun vida döyüş gecəsində növbəti döyüşünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı idmançı rumıniyalı Andrey Ostrovyanu ilə qarşılaşacaq. Bu, 77 kq çəki dərəcəsində mübarizə aparan Nəbiyevin peşəkar karyerasında 61-ci döyüş olacaq. Onun hesabında 52 qələbə və 8 məğlubiyyət var.

Xatırladaq ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.