Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın cüdoçulardan ibarət yığması bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda görüşdə Qırğızıstanla qarşılaşıb.

Rəqibin 3:1 hesabıyla məğlub edən komandamız bürünc medala sahib çıxıb.

Bu gün Azərbaycanın kişi cüdoçulardan ibarət millisi də finalda Türkiyə yığması ilə qarşılaşacaq.