Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı qılıncoynatma üzrə təmsil edən şpaqaçı Ruslan Həsənov final görüşünə çıxıb. O, finalda qırğızıstanlı Roman Petrov ilə qarşılaşıb.

Şpaqaçımız 12:15 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.