Azərbaycan güləşçisi Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında  albaniyalı Zəlimxan Abakarova qalib gələrək, qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 65 çəki dərəcəsində çıxış edən güləşçimiz medal kürsüsünə iki dəfə dəvət olunub. Buna gümüş medal qazanmış  Zəlimxan Abakarovun şərəfinə qaldırılmış Albaniya bayrağını səhv asılması səbəb olub. 

Bunun fərqinə varan təşkilatçılar səhvi arasdan qaldıraraq idmançıları ikinci dəfə fəxri kürsüyə dəvət ediblər (Report).

298196245 2276544962498461 9171671157917243692 n

 

Screenshot 2022 08 11 125222