Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın güləşçi Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, o, finalda özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Beləliklə, Stadnik karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu.