Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) yarışda yarımfinal görüşünə çıxıb. İdmançımız finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb. Əliyev rəqibinə 4:0 hesabı ilə qalib gələrək finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) yarımfinala vəsiqə qazanmışdılar.