ABŞ-ın Birmingem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin ilk rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində K1 üsulu ilə çıxış edən idmançı 1/4 finalda monteneqrolu Miroslav Vuyoviçlə üz-üzə gələcək.

Dünya çempionu yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Ümumdünya Oyunlarında kikboksinq yarışları 10-15 iyulda təşkil olunacaq.