Azərbaycanlı idmançı Nəriman Abbasov UFC-də çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, artıq UFC-nin rəsmi saytında onun haqda məlumat da yerləşdirilib.

Sabah Abbasovun iştirakı ilə "Gənclik Mall"da mətbuat konfransı keçiriləcək. Xəbərin rəsmi olaraq açıqlanması gözlənilir.

Qeyd edək ki, indiyədək Azərbaycan bayrağı ilə UFC kimi dünyanın bir nömrəli MMA turnirində çıxış edən olmayıb.