Karateçimiz Rafael Ağayev növbəti döyüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, peşəkarlar arasında "Karate Combat"da mübarizə aparan idmançımız 4-cü mövsümün 4-cü döyüş gecəsində çıxış edib.

75 kq çəki dərəcəsində çıxış edən Ağayevin 3-cü sınağı ABŞ-ın Orlando şəhərində baş tutub. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə görüşüb. Hakimlərin qərarı ilə qalib gələn Rafael 3-cü qələbəsini qazanıb.

Rafael Ağayev "Karate Combat"da keçirdiyi əvvəlki döyüşlərdə Dominikan təmsilçisi Dionisio Qustavo və Macarıstan idmançısı Jolt Habdaya qalib gəlib.