Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov UFC məsələsi reallaşanadək növbəti dəfə “AMC Fight Nights” kəmərini müdafiə edəcək.

Offsideplus.az xəbər verir ki, o, yüngül çəkidə qazandığı kəməri müdafiə etmək üçün “Piranya” ləqəbli Marif Pirayevlə üz-üzə gələcək.

Rusiya təmsilçisi ilə görüş iyunun 10-da, döyüşdən öncəki mətbuat konfransı isə mayın 17-də keçiriləcək. Döyüş Moskvanın İrina Viner-Usmanova adına sarayda baş tutacaq.