Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında medal qazanmış cüdoçularımız Hidayət Heydərov və Rüstəm Orucova təbrik ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, o, özünün "Feysbuk" hesabında cüdoçularımızın şəklini paylaşaraq yazıb:

"Qitə çempionatlarında növbəti uğur. Hidayət Heydərov qızıl, Rüstəm Orucov bürünc medal! Təbriklər!"