Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Hakimlər Kollegiyasına sədr təyininatı gerçəkləşib.

Offsideplus.az xəbər verir ki, Fəxrəddin Quliyev federasiyanın Hakimlər Kollegiyasının sədri təyin olunub.

Bu münasibətlə AKF prezidenti Orxan Əliyev ona vəsiqəsini təqdim edib.

Həmçinin Orxan Əliyev martın 12-də WJF-19 turnirində erməni əsilli Gürcüstan idmançısı Qela Xoceliyana qalib gələrək kəmər qazanmış Məhəmməd İmanovu qəbul edib və onu qələbə münasibətilə təbrik edib.