Eldəniz Əzizli Macarıstanda Avropa çempionu olmaqla Azərbaycan Yunan-Roma güləşi tarixində rekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki,  55 kq-da çıxış edən pəhləvan güləşin klassik növündə böyüklər arasında ən çox AÇ medalı olan Azərbaycan idmançısı olub. 

Onun hesabında 6 AÇ medalı var. Əzizli 2011-ci ildə Dortmundda, 2018-ci ildə Kaspiyskdə, 2019-cu ildə Buxarestdə, 2020-ci ildə Romada, 2021-ci ildə Varşava-da və 2022-ci ildə Budapeştdə qitənin ən güclüsü adını qazanıb.