Azərbaycanın təcrübəli cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirini bürünc medalla başa vurub.

Offsideplus.az xəbər verir ki, 100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı 3-cü yer uğrunda görüşdə kanadalı Keyl Reyesə ipponla qalib gəlib. Beləliklə, milli komanda "Böyük Dəbilqə"ni 1 bürünc medalla bitirib.

Qeyd edək ki, millimiz Antalyada 17 cüdoçu ilə təmsil olunurdu.