Bu gün Azərbaycanın dörd güləşçisi Avropa çempionatının final qarşılaşmasına çıxıb.

Offsideplus.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil edilən yarışda idmançımız Əliabbas Rzazadə (57 kq.) finalda Vladimir Yeqorovla (Şimali Makedoniya) üz-üzə gəlib. O, 6:8 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.

Üçqat dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc və gümüş mükafatçısı, yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq.) isə həlledici görüşdə yerli idmançı İsmayıl Musikayevlə qarşılaşıb. Rəqibinə 1:12 hesabı ilə uduzan Əliyev gümüş medalla kifayətlənib.

Əşrəf Aşırov (79 kq) qızıl medal uğrunda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşəcək. Maqomedxan Maqomedov (97 kq) isə finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.

Daha bir güləşçimiz Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda yarışıb. İlk hissəni Bayramov 6:0 hesabıyla öndə tamamlayıb. Ancaq ikinci hissədə aldığı ağır zədə məğlubiyyətlə (7:11) nəticələnib.

Maqomedxan Maqomedov (97 kq) finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.

Qeyd edək ki, final görüşləri martın 29-da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.