Sərbəst güləşçimiz Hacı Əliyev karyerası ilə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu bununla bağlı şəxsi feysbuk səhifəsində paylaşım edib.

Postda "Paris-2024" yazan titullu idmançı 2024-cü ildə Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə işarə eyham vurub.